NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya və Səudiyyə Ərəbistanı neft bazarındakı vəziyyəti müzakirə edəcək

Rusiya baş nazirinin müavini bildirib ki, son bir neçə ildə neft bazarında balanslı hərəkət etməyə imkan verən çox yaxşı əlaqələr qururlar.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Rusiya baş nazirinin müavini Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Moskvada keçiriləcək Rusiya Enerji Həftəsində, eləcə də ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyada neft bazarındakı vəziyyəti müzakirə edəcəklər.
"Biz uzun müddətdir ki, Səudiyyə Ərəbistanı ilə neft bazarlarında birgə işləyirik, OPEC+ çərçivəsində fəaliyyətləri koordinasiya edirik, bu, ən böyük neft istehsalçısıdır. Çox şey onların yanaşmalarından və bazarı tarazlaşdırmaq mövqeyindən asılıdır. Son bir neçə ildə biz neft bazarında balanslı hərəkət etməyə imkan verən çox yaxşı əlaqələr qururlar", - Rusiya baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
"Forumda bazarda mövcud olan bütün tendensiyalar müzakirə olunacaq. Təbii ki, bunlar proqnozlardır. Bu, əsas komponentlərdən biridir", - o əlavə edib.
Qeyd edək ki, oktyabrın 11-dən 13-dək Moskvada Rusiya Enerji Həftəsi keçirilir. "RİA Novosti" forumun informasiya tərəfdaşı kimi çıxış edir.