İQTİSADİYYAT

Putin: “Şimal-Cənub" marşrutu ilə bağlı Azərbaycanla razılaşma var”

Rusiya liderinin sözlərinə görə, layihə tamamlanmaq üzrədir, bütün məqsədlər üçün şura yaradılır.
Sputnik
BAKI, 11 oktyabr - Sputnik. Rusiya “Şimal-Cənub” layihəsini reallaşdırır, bütün iştirakçı tərəflərlə razılaşma artıq əldə olunub, İranla da, Azərbaycanla da.

Bu barədə Ruisya başçısı Vladimir Putin “Rusiya enerji həftəsi”nin plenar iclasında deyib.

“MDB sammiti çərçivəsində İlham Əliyevlə Qırğızıstanda görüşəcəyəm. Biz mütləq bu barədə danışacayıq”, - deyə Vladimir Putin qeyd edib.
Rusiya liderinin sözlərinə görə, layihə tamamlanmaq üzrədir, bütün məqsədlər üçün şura yaradılır.