BAKI, 11 oktyabr — Sputnik. Fələstin problemi İslama inanan hər kəsin ürəyindədir və onlar bunu inanılmaz dərəcədə artmış ədalətsizliyin təzahürü kimi qəbul edirlər. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Dünən İraqın baş naziri ilə bu məsələni müzakirə etdik. Müzakirə etməmək mümkün deyil. İraq Yaxın Şərqdə bir ölkədir. Fələstin problemi bu regionda hər bir insanın ürəyindədir. Bəli, Düşünürəm ki, bütün baş verənlər - nəinki indi, onilliklər boyu - ədalətsizliyin təzahürü kimi qəbul edilir", - Putin Rusiya Enerji Həftəsində deyib.
O qeyd edib ki, ilkin olaraq İsrail dövlətinin yaradılması barədə qərar qəbul edilən zaman eyni vaxtda ikinci dövlətin yaradılması haqqında qərar qəbul edilib. Söhbət iki müstəqil suveren dövlətin - İsrail və Fələstinin yaradılmasından gedirdi.
"İsrail məlum olduğu kimi yaradılıb, lakin Fələstin müstəqil, suveren bir dövlət kimi heç vaxt yaranmayıb. Müxtəlif şəraitə görə. İndi təfərrüatlara varmayacağam", - Putin deyib.
"Bundan başqa, fələstinlilərin həmişə ilkin olaraq Fələstin torpaqları hesab etdikləri torpaqların bir hissəsi İsrail tərəfindən müxtəlif vaxtlarda və müxtəlif yollarla, əsasən hərbi gücün köməyi ilə işğal olunub", - Rusiya prezidenti əlavə edib.