RUSİYA

Avrasiya inteqrasiyası bütün ölkələrə dividendlər gətirir - Putin

Putin vurğulayıb ki, Qırğızıstanın birliyə qoşulduğu 8 il ərzində sənaye istehsalı 2,3 dəfə, ixrac isə 2 dəfə artıb.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqında iştirak bütün ölkələrə, o cümlədən Qırğızıstana dividendlər gətirir. Bunu Rusiya prezidenti Vladimir Putin 10-cu Rusiya-Qırğızıstan regionlararası konfransının iştirakçılarına videomüraciətində deyib.
"Avrasiya inteqrasiyası bütün iştirakçı ölkələrə və təbii ki, Qırğızıstana danılmaz dividendlər gətirir", - Rusiya lideri bildirib. Onun sözlərinə görə, Qırğızıstanın Aİİ-yə qoşulması bu ölkə ilə Rusiya arasında regionlararası ticarət və sənaye qarşılıqlı əlaqələrinin artmasına töhfə verib.
Putin vurğulayıb ki, Qırğızıstanın birliyə qoşulduğu 8 il ərzində sənaye istehsalı 2,3 dəfə, ixrac isə 2 dəfə artıb.
"Avrasiya İnkişaf Bankı Qırğızıstana fəal şəkildə kredit resursları cəlb edir, iri regional infrastruktur layihələrinə, məsələn, Toktoqul su elektrik stansiyasının və Bişkek-Oş avtomobil yolunun yenidən qurulmasına sərmayə qoyur. Kambarata SES-2-nin və Oş vilayətində sudan istifadə sisteminin texnoloji yenilənməsi üçün Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun vəsaitlərindən istifadə olunur" - Putin qeyd edib.