BAKI, 10 oktyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya gəlib.
"O, Azərbaycan paytaxtında planlaşdırılmış Rusiya-Azərbaycan təhlükəsizlik məsləhətləşmələri keçirəcək", - deyə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak etmək üçün ötən həftə Ermənistana gedib.