BAKI, 10 oktyabr — Sputnik. Qərb heç bir dəlilləri olmadığı üçün Ukrayna ətrafındakı vəziyyətlə bağlı səmimi dialoqdan yayınmağa çalışır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov məqaləsində deyib.
“Bu gün opponentlərimizin ritorikasında biz ancaq “işğal”, “təcavüz”, “ilhaq” şüarlarını eşidirik. Problemin altında yatan səbəbləri, uzun illər İkinci Dünya Müharibəsinin nəticələri və öz xalqının tarixini yenidən yazan nasist rejimini necə bəsləmələri barədə bir kəlmə də yoxdur”, - nəşrdə qeyd edilib.
Sergey Lavrov bildirib ki, Qərb azlığına görə dünyada qlobal münaqişə risklərini artıran ciddi böhran yaranıb. Nazir yazıb ki, bunun günahkarı Qərbin dar çərçivədə eqoist və aqressiv mövqeyidir.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, bu vəziyyətdən tarixi kontekstdə dünyanın taleyi üçün hər kəsin məsuliyyət daşıdığını dərk etməklə çıxış yolu tapmaq olar.
Bu arada ABŞ-ın sabiq Prezidenti Donald Trampın oğlu Erik bildirib ki, Ukrayna və İsraildən sonra dünya miqyasında növbəti münaqişə Tayvanda olacaq.