RUSİYA

Lavrov dünyada çoxqütblülüyün gücləndirilməsinə çağırıb

Rusiya XİN başçısının fikrincə, hazırda yaranan çoxqütblülük dünya əksəriyyətinin maraqlarına cavab verir.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünyada çoxqütblülüyün gücləndirilməsini beynəlxalq münasibətlərdəki böhrandan çıxmaq yolu adlandırıb.
Xarici İşlər Nazirliyinin saytında dərc olunan məqaləsində nazir qeyd edib ki, hazırda yaranan çoxqütblülük dünya əksəriyyətinin maraqlarına cavab verir.
"Yer əhalisinin 85%-ni təşkil edən dünyanın əksəriyyəti qlobal nemətlərin daha ədalətli bölüşdürülməsi və sivilizasiya müxtəlifliyinə hörmət, beynəlxalq həyatın ardıcıl demokratikləşməsinin tərəfdarıdır", - deyə Lavrov yazıb.
Onun sözlərinə görə, ABŞ-ın başçılıq etdiyi bir qrup Qərb ölkəsi dünyada öz hökmranlığını qoruyub saxlamaqdan narahat olaraq çoxqütblülüyün inkişafının qarşısını almağa çalışır. Onların yeritdiyi siyasət, Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, beynəlxalq münasibətlərdə böhrana və qlobal münaqişə risklərinin artmasına səbəb olub.
Lavrov bildirib ki, çoxqütblülüyün gücləndirilməsi mövcud vəziyyətdən çıxmağa kömək edəcək.
"BMT Nizamnaməsində təsbit olunmuş çoxqütblülük ruhunun həyata keçirilməsini təmin etmək lazımdır", - deyə nazir vurğulayıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin çoxqütblü dünya düzəninin qurulmasını qaçılmaz və tarixi zərurət adlandırmışdı. Dövlət başçısının fikrincə, dünyanın müxtəlifliyi ümumbəşəri inkişafın əsasına çevrilməlidir.