Mətbuat mərkəzi

Keçmişin abidələrini gələcək nəsillər üçün necə qorumaq olar

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycanın şimalındakı şəhərcikdə aparılan qazıntılardan bəhs ediləcək.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Bu yaxınlarda Azərbaycan arxeoloqları IX-XII əsrlərə aid tarixi maddi mədəniyyətin qiymətli nümunələrini tapıblar. Söhbət Azərbaycanın şimalındakı şəhərcikdə aparılan qazıntılardan gedir.
Son məlumatlara görə, ölkənin bir neçə rayonunda aktiv qazıntı işləri aparılır. Ötən il Bakı yaxınlığında Abşeronun Kələzağ kəndində qədim yaşayış məntəqəsi aşkar edilib və burada da müvafiq işlər davam etdirilir.
Bu işlərin əhatə dairəsi və ekspertlərin hansı nəticələrə gəldikləri, o cümlədən arxeoloji abidələrin konservasiyası prosesi və maddi irs abidələrinin qorunması problemləri haqqında Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, mədəni irsin tədqiqi üzrə eksperti Faiq İsmayılov oktyabrın 11-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.