MƏDƏNİYYƏT

Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən film nə vaxt nümayiş olunacaq?

120 çəkiliş gününün artıq 85-i çəkilən filmin ümumilikdə 8 seriyadan ibarət olacağı nəzərdə tutulub.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" filmi gələn il təhvil veriləcək. Bu barədə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev Azərbaycan III "Korkut Ata" Film Festivalı ilə əlaqədar keçirilən Zirvə görüşündə deyib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən çoxseriyalı filmin 120 çəkiliş gününün artıq 85-i yekunlaşıb. Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Hər seriya bir saat davam edəcək.
Sözügedən layihədə 1600 nəfərlik heyət çalışır.
Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Tədbirdə həmçinin "Hadrut, sən azadsan" filminin də çəkilişlərinin artıq yekunlaşdığı və gələn ay təhvil veriləcəyi qeyd edilib.