CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstan loukosteri Bakıya uçuşların sayını artırıb

Yeni cədvələ əsasən, reyslər hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri "ATR-72-500" təyyarələri ilə həyata keçiriləcək.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Gürcüstanın "Geosky" aviaşirkətinin törəməsi olan "Georgian Wings" loukosteri Tbilisi-Bakı-Tbilisi istiqamətində uçuşların sayını həftədə beş dəfəyə çatdırıb.
Bu barədə aviaşirkətə istinadən xəbər verir.
Məlumatda qeyd edilib ki, yeni cədvələ əsasən, reyslər hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri "ATR-72-500" təyyarələri ilə həyata keçiriləcək.
Məlumatda deyilir ki, uçuş cədvəli aviaşirkətimiz tərəfindən həyata keçirilən Tbilisi-Batumi-Tbilisi daxili reyslərin cədvəlinə uyğunlaşdırılıb ki, bu, sərnişinə Tbilisi hava limanından tranzit kimi istifadə etmək üçün əlavə imkan yaradır.
Xatırladaq ki, sentyabrın 6-dan aviaşirkət Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə fəaliyyətə başlayıb. Uçuşlar həftədə üç dəfə, hər çərşənbə, cümə və bazar günləri həyata keçirilirdi.
Qeyd edək ki, Tbilisi-Batumi-Tbilisi marşrutu üzrə həftədə 12 reys həyata keçirən "Georgian Wings" 70 sərnişin üçün nəzərdə tutulmuş daha bir İtaliya-Fransa istehsalı olan ATR-72 təyyarəsini əlavə edib. Aviaparkın böyüməsi aviaşirkətə daxili regional reyslərdən əlavə sərnişinlərə yeni istiqamətlər və əlavə reyslər təklif etməyə imkan verir.