BAKI, 9 oktyabr — Sputnik. İsrail ordusunun azərbaycanlı zabiti Emin Axundov Beer-Şeva şəhərində gedən döyüşlər zamanı həlak olub. Bu barədə BakuTV xəbər verib.
Məlumata görə, 36 yaşlı Sumqayıt şəhər sakini evli olub və iki övladı qalıb.
Dəfn mərasimi İsrailin Beer-Şeva hərbi qəbiristanlığında baş tutub.
Fələstinin HƏMAS terror təşkilatının hücumunun hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatının həyata keçiriləcəyini elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini qeyd edib. İsrail hərbçiləri yaşayış məntəqələrini təmizləyirlər.
Son məlumatlara görə, münaqişənin gərginləşməsi nəticəsində 400-dən çox fələstinli həlak olub, daha 2,3 min nəfər yaralanıb. İsraildə isə 700-dən çox insan həlak olub, 2,2 mindən çox insan yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.