CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvan sakininin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Araşdırma zamanı toplanmış sübutlara əsasən Elməddin Vəliyevin düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. "Naxçıvan Muxtar Respublikası Xəstəxanası" PHŞ-nin Kardioloji Mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı toplanmış sübutlara əsasən Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin həkimlər tərəfindən "Pnevmoniya" kimi qiymətləndirilməsi və patologiyanın müalicə tədbirlərindən kənarda qalması, eləcə də sağ ağciyərdə aşkar edilmiş patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində onun düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Naxçıvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.