BAKI, 9 oktyabr — Sputnik. Fələstin-İsrail toqquşması dayandırılmalı, vəziyyətin qurbanı olan mülki əhalinin problemi həll edilməli, münaqişənin səbəbləri aradan qaldırılmalıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbu əl-Qeyt ilə danışıqlara başlayarkən deyib.
"Bu gün biz qarşılıqlı fəaliyyətimizin bütün aspektlərini, o cümlədən Rusiya ilə Ərəb Liqasının üzvləri arasında nazirlər səviyyəsində gözlənilən görüşləri planlaşdırdıq və müzakirə edəcəyik. Lakin təbii ki, Fələstin-İsrail qarşıdurmasında görünməmiş kəskin dönüş, bir daha təsdiqlədi ki, münaqişə zonasında mövcud status-kvo sadəcə olaraq qeyri-mümkündür və bizim gündəliyimizə düzəlişlər tələb edir", - deyə nazir əlavə edib.
İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi haqqında
Oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu müharibə hazırlığı vəziyyəti elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib. HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə fələstinli radikalların Qəzza yaxınlığında əməliyyatını İsrail hakimiyyətinin Qüdsün mərkəzində yerləşən Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə reaksiya adlandırıb. İsrailin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya çağırılmasını təsdiqləyib və bütün İsraildə xüsusi təhlükəsizlik vəziyyətinin tətbiq edilməsini əmr edib.
Son məlumatlara görə, münaqişənin gərginləşməsi nəticəsində 500-ə yaxın fələstinli həlak olub, daha 2,7 min nəfər yaralanıb. İsraildə isə 1000-dən çox insan həlak olub, 2,2 mindən çox insan yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.