BAKI, 9 oktyabr — Sputnik. Oktyabrın 9-da Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.
XİN-dən verilən xəbərə görə, görüş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.
Görüş zamanı, 10 oktyabr 2023-cü il tarixində Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.