BAKI, 9 oktyabr — Sputnik. Rusiya ərəb dünyasının, o cümlədən Suriya, Liviya və Sudanın problemlərinin həllində mühüm rol oynayır. Bunu Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbu əl-Qeyt Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların nəticələrinə əsasən deyib.
"Hazırda dünya arenasında bir çox mövqe ikitərəflidir, lakin Rusiya bu kontekstdə aydın mövqe tutur. Söhbət zamanı biz ərəb dünyası ilə əlaqəli bir sıra mövzulara və böhranlara toxunduq. Burada Rusiyanın, məsələn, Suriya, Liviya, Sudan məsələlərində mühüm rol oynadığını anlayırıq", - deyə ƏDL-in baş katibi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.