DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da Rusiyanın yeni “Burevestnik” raketinin təhlükəsini etiraf ediblər

Nüvə mühərriki sayəsində “Burevestnik” uzun müddət havada qala, düşmənin raketdən müdafiə obyektləri ətrafında uça və sonra hədəfə çata bilir.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Heç bir hava hücumundan müdafiə sistemi Rusiyada uğurla sınaqdan keçirilmiş nüvə enerjili qitələrarası qanadlı “Burevestnik” raketini tutmaq iqtidarında deyil.
Bunu “CNN” telekanalı xəbər verib.
“Qitələrarası qanadlı raketin yeni versiyası faktiki olaraq qeyri-məhdud uçuş məsafəsinə malikdir. Bu alçaqdan uçan, gizli qanadlı raket bütün raketdən müdafiə sistemləri üçün əlçatmazdır”, - deyə nəşrin “YouTube” kanalında yayımlanan videosunda aparıcı bildirib.
Qeyd olunub ki, “bu (silah – red.) ciddi təhlükədir”.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Rey Makqovern bildirib ki, Rusiya Federasiyası öz arsenalına “Burevestnik” hipersəs raketlərini əlavə etməklə ABŞ qarşısında ciddi strateji üstünlük əldə edib.
Xatırladaq ki, “Valday” klubunun plenar iclasında Rusiya lideri Vladimir Putin “Burevestnik”in nüvə enerji qurğusuna görə demək olar ki, qeyri-məhdud uçuş məsafəsinə malik olduğunu və nüvə yükünü daşımaq qabiliyyətinə malik olduğunu bildirib. Rusiya liderinin sözlərinə görə, o, sınaqlardan uğurla keçib. Hərbi ekspert Yuri Knutov bildirib ki, nüvə mühərriki sayəsində “Burevestnik” uzun müddət havada qala, düşmənin raketdən müdafiə obyektləri ətrafında uça və sonra hədəfə çata bilir.