TƏHLİL

Ukraynanın "Amerika arzusu": iki aylıq pul qalıb

Ağ Ev administrasiyası oktyabrın 3-də rəsmi olaraq bəyan edib ki, Kiyev rejiminə tammiqyaslı maliyyə və hərbi dəstək üçün cəmi iki ay qalıb, yəni, dekabrın əvvəlinə qədər.
Sputnik
Pul istənilən ordunun əzələsidir və Rusiyanın xüsusi hərbi əməliyyat (XHƏ) zonasında Ukrayna qoşunları yalnız ABŞ-ın hərbi-maliyyə dəstəyi sayəsində müqavimət göstərir. Lakin Qərbin misli görünməmiş səxavətinin attraksionu sona çatır - Ukrayna üçün ABŞ pulları tükənir. Bundan əlavə, Vaşinqtonun planlarına görə, NATO-nun Rusiya ilə proksi-müharibəsinin əsas yükü ABŞ-ın belə bir yükə tamamilə hazır olmayan avropalı müttəfiqlərinin üzərinə düşməlidir. "Ukrayna layihəsi"nin Əfqanıstan ssenarisi üzrə iflasa uğrama ehtimalı yüksəkdir.
Ağ Ev administrasiyası oktyabrın 3-də rəsmi olaraq bəyan edib ki, Kiyev rejiminə tammiqyaslı maliyyə və hərbi dəstək üçün cəmi iki ay qalıb, yəni, dekabrın əvvəlinə qədər. Pentaqon sırağagün həmçinin müttəfiqlərinə dəstək vəsaitlərinin çatışmazlığı barədə xəbərdarlıq edib - cəmi 5,4 milyard dollar qalıb, ABŞ Konqresi isə Ukraynaya əlavə büdcə xərclərini təsdiq etməyib. Bu yaxınlarda ABŞ Rusiya ilə proksi-müharibəsinə 113 milyard dollar sərmayə qoyub.
ABŞ Prezidenti Co Bayden telefonla nəzarət edilən dövlətlərin liderlərinə (siyahının əvvəlində İngiltərə, Almaniya, Fransa, Polşa, Rumıniya, Yaponiya) Ukrayna Silahlı Qüvvələrinin (USQ) maliyyələşdirilməsi üçün lazımi parametrlər barədə həyəcanlı şəkildə təlimat verməyə başlayıb.
Köhnə dünya məmnun deyil – Avropa İttifaqı (Aİ) ölkələri öz təhlükəsizliklərinə xələl gətirmədən artıq Kiyevə silah tədarük edə bilmirlər. Aİ Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün kifayət qədər müdafiə sənayesinin istehsal gücünü artıra bilməyib və özünü doğrultmaq üçün Kiyevdən "rəqəmsallaşma, enerji müstəqilliyi, insan kapitalının inkişafı" kimi bəzi islahatlar tələb edir. İngiltərə həmçinin hərbi tədarük həddinə çatıb və sabiq müdafiə nazirinin vəd etdiyi 1962-ci il modelinin antik "Bulldog" FV432 zirehli transportyorlarını - "Ben Uollesin son nəfəsini" Ukraynada istifadə edir.
Bəlkə də "Baltik pələngləri" digərlərindən daha çox hirsləniblər. Latviya "NAMEJS 2023"ün "iddialı" anti-Rusiya manevrləri həyata keçirib. Estoniya yüksək səslə müdafiə sənayesini "müharibə vaxtı miqyasında" işə salmağa hazır olduğunu bildirib. Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis NATO-nu Ukraynanı "nüvə çətiri" ilə örtməyə çağırıb. Bildiyiniz kimi, hərbi paradda kiçik təbilçilər digərlərindən daha çox səs-küy salırlar.
Bölünmüş Qərb
Kiyev rejimi ümidsizlik içindədir. Zaporojye istiqamətində ümidsiz "ət hücumları" və Ukrayna bayrağı ilə fotosessiya etmək üçün Rusiyanın Krımında hidrosikllə Baş Kəşfiyyat İdarəsi bölmələrini düşüncəsiz endirmək cəhdləri ilə Qərbin "investisiyalarına" son gücü ilə haqq qazandırmağa çalışır. Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, yerli "qələbə" illüziyası real pul gətirə bilər, lakin Qərb sahibləri artıq təlxəklikdən yorulublar – heç olmasa Tokmakı almağı tələb edirlər.
"Ukraynaya yardımın" böyük hissəsi ABŞ-ın maraqlarına və ərazisinə sərf olunur; Avropada Rusiya ilə proksi-müharibə ABŞ hərbi sənaye kompleksinə sərfəlidir. Buna baxmayaraq, Pentaqon 20 aylıq hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələrinə istehsalı uzun illər tələb edən 2 milyondan çox artilleriya mərmisi verib. Ukraynanın hərbi əməliyyatlar teatrında silah-sursat "heyrətləndirici sürətlə" istehlak olunur və "demokratiya arsenalı" boşalıb. NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer (Hollandiyadan) bildirib ki, Ukrayna üçün döyüş silah-sursatlar tükənmək üzrədir: "Çəlləyin dibi görünür".
ABŞ və alyans Kiyev rejiminə hərbi (ekzistensial) dəstəyi davam etdirmək ehtiyacı ilə adi (nüvə olmayan) silahlar sahəsində öz hərbi zəifliyinin sərt reallığı arasında parçalanır. ABŞ-ın istifadə olunmuş "Abrams" M1A1 tanklarının batalyonu USQ-nin cəbhə arxasının hardasa dərinliyində gizlənir. Vaşinqtonun Kiyevə vəd etdiyi kaset başlıqlı 60 "ATACMS" uzaqmənzilli taktiki raketlər "vedevil"ə çevrilib- Co Bayden və Lloyd Ostin "gözlərini bərəldərək" yüksək səviyyəli bəyanatlar verilər, lakin Üçüncü Dünya Müharibəsinin başlanmasına görə məsuliyyəti öz üzərlərinə götürmək istəmirlər.
USQ-nin əlli "donor ölkəsi" blokundakı çatlar Vaşinqtonda kəskin siyasi fikir ayrılıqlarını və Avropada (Polşa - noyabr, İspaniya - dekabr) seçkilərin müharibə əleyhinə vurğularını artırır. Macarıstan, Serbiya və Slovakiya Rusiyaya qarşı "birliyini" aktiv şəkildə sarsıtmaqdadır. Belə ki, Budapeşt 2024-2027-ci illərdə Avropanın Ukraynaya yardım paketini 25 milyard avro azaltmağı təklif edib. ABŞ və Avropa liderləri arasında pərdəarxası parçalanma göz qabağındadır.
Avropa diplomatiyasının rəhbəri və "Cənnətin bağbanı" Josep Borrell oktyabrın 3-də Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin 27 "donor ölkəsi"nin nümayəndələri ilə növbədənkənar görüş təşkil edib - bu görüş faktiki olaraq heç bir nəticə verməyib. "Güclü həmrəylik siqnalı" və NATO-nun 40 min ukraynalı əsgərin təliminə dair razılaşma silah-sursat çatışmazlığını kompensasiya etmir.
"The American Conservative" qeyd edir: "Zelenski bir neçə ay ərzində qəhrəmandan sıfıra enib... Ukrayna əsgərləri ölməkdən yorulublar. Rusiyanın hərbi gücü raketlərin, artilleriyanın, dronların və təyyarələrin kosmosdan və yerüstü bazalarından daim müşahidə edilməsi ilə zərbə imkanlarının sistematik inteqrasiyasına əsaslanır. O, etiraf edir: "Moskvanın strateji məqsədi Ukraynanın Şərqi Avropanı zəbt etməkdənsə, ABŞ və NATO ölkələrinin Rusiyaya qarşı hərbi gücünü proyeksiya etmək üçün bir platformaya çevrilməsinin qarşısını almaq olub və olaraq da qalır".
ABŞ və NATO 2022-ci ildə Rusiyanın "strateji məğlubiyyəti" üçün proksi-müharibədə bütün mümkün resursları toplayıb Ukraynanın hərbi əməliyyatlar teatrına atıb. Bu gün boş qalan "demokratiya arsenalları" və siyasi ayrılıqlar kollektiv Qərbin planlarının iflasından xəbər verir. Hamı başa düşür ki, qüdrətli Rusiyanın şərtləri ilə yeni dünya qaçılmazdır və bu, artıq kifayət qədər yaxındır.