RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

NATO Ukraynada Rusiyaya qarşı əməliyyata başlamayacaq

NATO-da öz ordusunu Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşə göndərə biləcək ölkə yoxdur.
Sputnik
BAKI, 8 oktyabr - Sputnik. NATO-nun Ukraynada Rusiyaya qarşı quru əməliyyatına başlayacağına inanmaq üçün heç bir əsas yoxdur.
Bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib. O, bu barədə “Gegenpol” YouTube kanalına müsahibə verib.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, alyansın hərbi qüvvələri hazırda Rusiya ilə qarşıdurmaya tam hazır deyil. Xüsusilə, Şimali Atlantika Alyansı ölçü baxımından kifayət qədər güclü qruplaşma təşkil edə bilməz.
Ritter onu da əlavə edib ki, NATO-da öz ordusunu Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşə göndərə biləcək heç bir ölkə yoxdur.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya bütün NATO bloku ilə açıq toqquşmaya hazırdır.