İQTİSADİYYAT

Aİİ ölkələri kənd təsərrüfatı məhsullarının anbar qəbzlərini qarşılıqlı tanıyacaqlar

Müqavilə 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək.
Sputnik
BAKI, 8 oktyabr - Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlətləri kənd təsərrüfatı məhsullarının anbar qəbzlərini qarşılıqlı olaraq tanıyacaqları barədə saziş imzalayıblar.
Bunu Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti bazar günü bildirib.
"Aİİ ölkələri kənd təsərrüfatı məhsullarının anbar qəbzləri haqqında saziş imzalayıblar. Bu sənəd sənədsiz anbar qəbzlərinin qarşılıqlı tanınması əsasında Aİİ ölkələrində kənd təsərrüfatı məhsullarının onlayn ticarətinin inkişafına imkan verəcək", - məlumatda belə deyilir.
Bildirilib ki, saziş “Qazaxıstandan olan kənd təsərrüfatı istehsalçılarına Avrasiya beşliyi ölkələrində anbar qəbzi ilə təminatla kredit almaq, habelə anbar qəbzlərini satmaqla öz məhsullarını uzaqdan satmaq üçün şərait yaradır”.
“Sazişin həyata keçirilməsi Qazaxıstanın kənd təsərrüfatı məhsullarının Aİİ üzv ölkələrinin bazarlarına çıxarılmasını asanlaşdıracaq və bu da öz növbəsində Qazaxıstanda kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək”, - deyə Ticarət Nazirliyi hesab edir.
Müqavilə 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək. Departament qeyd edib ki, həmin vaxta qədər Aİİ ölkələri müvafiq milli hüquqi aktları qəbul etməlidirlər.