DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın maraqlarını inkar etmək Avropada münaqişəyə gətirib çıxaracaq

Bundan əvvəl Duqlas Makqreqor Kiyevin Ukrayna Silahlı Qüvvələrinin sıralarındakı kritik itkilərə görə Rusiya ilə sülh danışıqlarına razılıq verməli olduğunu bildirib.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Qərb Rusiyanın maraqlarını inkar etməklə, Avropanı münaqişəyə sürükləyə bilər.
Bu barədə Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor X sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb.
Ekspert əmindir ki, ABŞ və onun müttəfiqləri Ukraynada milli təhlükəsizlik sahəsində Rusiya Federasiyasının qanuni maraqlarını tanıya və münaqişəyə son qoya bilərlər. Əks halda Qərb Avropanı "dağıdıcı regional müharibəyə" sürükləmək riski ilə üzləşir", - deyə polkovnik vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Duqlas Makqreqor Kiyevin Ukrayna Silahlı Qüvvələrinin sıralarındakı kritik itkilərə görə Rusiya ilə sülh danışıqlarına razılıq verməli olduğunu bildirib.