BAKI, 7 oktyabr - Sputnik. Gədəbəydə iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2003-cü il təvəllüdlü Əli Süleymanlı və 1997-ci il təvəllüdlü Rasim Gülməmmədov aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Avtomobilin sürücüsü olan Orxan Allahverdiyev isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.