BAKI, 7 oktyabr - Sputnik. Ermənistanın mina terroru nəticəsində qurbanların sayı 331 nəfərə çatıb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Mina terrorunun, xüsusilə dinc sakinlər arasında günahsız qurbanların sayı artmaqda davam edir. 10 noyabr 2020-ci il tarixindən etibarən mina qurbanlarının sayı 331 nəfərə çatıb”, - paylaşımda deyilir.
Xatırladaq ki, dünən Tərtər rayonunun ərazisində iki Azərbaycan vətəndaşı minaya düşüb.