BAKI, 6 oktyabr — Sputnik. Türkiyədə İŞİD ilə əlaqədə şübhəli bilinən 90-dan çox şəxs saxlanılıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.
"Terrorla mübarizə üzrə ərazi bölmələri tərəfindən Türkiyənin 26 əyalətində eyni vaxtda terrorizmlə mübarizə üzrə koordinasiyada həyata keçirilən "Əsirlik" əməliyyatı çərçivəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 92 nəfər saxlanılıb", - deyə nazir öz X sosial şəbəkə ("x", əvvəllər Twitter) səhifəsində yazıb.
"Terror təşkilatlarına və onların əlaltılarına nəfəs almağa imkan verməyəcəyik. Terrora qarşı mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", - Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.