BAKI, 6 oktyabr — Sputnik. İsveçrə hakimiyyəti Ukraynadan olan qaçqınlara vətənlərinə qayıtmaları üçün ən azı 4 min dollar ödəməyə hazırdır.
Bu barədə "SwissInfo" hökumətin hesabatına istinadən yazıb.
KİV-in məlumatına görə, Bern anlayıb ki, ukraynalıların İsveçrəni könüllü tərk etmələrini təşviq etmək onlara müavinət ödəməkdən daha ucuz başa gələcək. Daimi pul ayrılması müvəqqəti müdafiə müddəti bitdikdən sonra qaçqınların getməsini ancaq gecikdirəcək.
Dəqiqləşdirilir ki, evə qayıtmaq üçün bu cür maddi yardım adambaşına 1000-4000 İsveçrə frankı (1090- 4355 dollar) arasında dəyişir.
Bundan əvvəl bildirilmişdi ki, ukraynalı qaçqınlar Niderlandın Utrext şəhərində miqrantlarla iş mərkəzinin işini iflic ediblər.