HƏRBİ

Sülhməramlıların Qarabağdan çıxarılması tarixi İrəvanda müzakirə ediləcək

Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı atəşkəs bəyannaməsinə əsasən regionda yerləşdirilib.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün İrəvana səfər edəcək. Bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
"Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq", - həmsöhbət bildirib.
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı atəşkəs bəyannaməsinə əsasən regionda yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti müqavilənin imzalandığı tarixdən etibarən 5 il müddətinə müəyyən edilib.
Sentyabrın 28-də tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın (DQR) prezidenti Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma qurumun mövcudluğuna son qoyan fərman imzalayıb. Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları barədə öz qərarını vermək tapşırılıb.