RUSİYA

Rusiya hökuməti yanacaq bazarını sabitləşdirmək üçün əlavə tədbirləri təsdiqləyib

Daxili bazarı sabitləşdirmək üçün Rusiya Nazirlər Kabineti sentyabrın 21-dən benzin və dizel yanacağının ixracına qadağa qoyub.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Rusiya hökuməti yanacaq bazarında sabitliyin qorunması üçün əlavə sistemli tədbirləri təsdiqləyib. Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Hökumət daxili yanacaq bazarının sabitləşdirilməsi üçün əlavə tədbirləri təsdiqləyib", - məlumatda deyilir.
Daxili bazarı sabitləşdirmək üçün Rusiya Nazirlər Kabineti sentyabrın 21-dən benzin və dizel yanacağının ixracına qadağa qoyub. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, yanacaq bazarında uzunmüddətli tarazlıq yaratmaq üçün Nazirlər Kabineti bir sıra əlavə tədbirlər görməyi planlaşdırır. Energetika naziri Nikolay Şulqinov bəyan edib ki, hazırda təcili və uzunmüddətli həll yolları hazırlanır, o cümlədən bütün səviyyələrdə ixrac məhdudiyyətlərinin yumşaldılması məsələsi müzakirə olunur.