RUSİYA

Rusiya əmindir ki, onun çağırışları BMT-də çoxları tərəfindən dəstəklənir - Verşinin

Verşinin bildirib ki, Qərb ölkələri Ukraynanı BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin əsas mövzusuna çevirə bilmədilər.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Rusiya qlobal təhlükəsizliyə çağırışlarla bağlı aydın mesajının BMT-də çoxları tərəfindən eşidildiyi və dəstəkləndiyinə əmindir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
“Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun Nyu-Yorkda çox aydın şəkildə söylədikləri BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə və qarşılıqlı əlaqədə hörmət etmək və onlara riayət etmək zərurəti haqqında idi. Mənə elə gəlir ki, bu mesaj çoxları tərəfindən eşidilən və dəstəklənən əsas məqamlardan biridir”, - deyə baş diplomat bildirib.
Onun sözlərinə görə, Lavrovun çıxışı beynəlxalq ictimaiyyətin bu gün öhdəsindən gəlməli olduğu çağırışları və təhlükələri müəyyən etmək baxımından sərt idi.
Verşinin bildirib ki, Qərb ölkələri Ukraynanı BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinin əsas mövzusuna çevirə bilmədilər, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ və Kanadaya səfəri sönük keçib.