BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanda banklar antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərin yaxın qohumlarının da kredit borcunu silə bilər.
Bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.
"44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin yaxınlarının kredit borcu YAŞAT Fondu ilə birgə əməkdaşlıq hesabına silinib. Biz təklif edəcəyik ki, lokal antiterror tədbirlərində də şəhid olmuş hərbçilərin yaxın qohumlarının kredit borcu silinsin", - deyə o qeyd edib.
Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimizlə əlaqədar aşağıdakı qərarlar qəbul olunub: - Şəhid olmuş hərbiçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;