BAKI, 6 oktyabr — Sputnik. Avropa İttifaqının humanitar yardım və böhranların idarə edilməsi üzrə komissarı Yanez Lenarçiç Ermənistana gələcək.
Avropa Komissiyasının məlumatına görə, səfər oktyabrın 6-da baş tutacaq.
İrəvanda Lenarçiç erməni həmkarları ilə danışıqlar aparacaq, Qarabağdan ermənistana gələnlərin humanitar və sosial vəziyyətini müzakirə edəcək. O, həmçinin yerləşmə mərkəzlərinə də baş çəkəcək.
Bundan əvvəl məlum olub ki, Brüssel humanitar yardımın göstərilməsi üçün İrəvana 10,45 milyon avro, həmçinin büdcə dəstəyi kimi 15 milyon avro ayıracaq.