DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Ukraynanın inteqrasiyasına strateji cəhətdən hazır deyil - Orban

Orban bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyü çoxlu suallar və şübhələr yaradır, çünki Aİ əvvəllər heç vaxt münaqişədə olan ölkələri inteqrasiya etməyib.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Avropa İttifaqı heç vaxt Ukraynanın Avropaya inteqrasiyasının real nəticələrini müzakirə etməyib və belə bir addımın konkret nəticələrini müzakirə edən strateji sənəd olmadan Kiyevin birliyi qoşulmasından ciddi şəkildə danışmaq mümkün deyil. Bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
"İlk növbədə düşünməliyik ki, bu bizim maraqlarımıza uyğundur, ya yox. Bəs belə genişlənmənin strateji nəticələrinə nə cavabımız var. Biz bunu heç vaxt etməmişik. Ona görə də biz heç bir strateji hesablamalar, nə də nəticələrin ümumi qiymətləndirilməsini görmürük. Birinci addım strateji yanaşma, ikincisi müzakirə, üçüncüsü qərardır", – Orban Avropa Konfransının ikinci günü başlamazdan əvvəl jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü çoxlu suallar və şübhələr yaradır, çünki Aİ əvvəllər heç vaxt münaqişədə olan ölkələri inteqrasiya etməyib.
"Biz faktiki sərhədlərin harada olduğunu, orada nə qədər insanın yaşadığını bilmirik, ona görə də çətindir. Çoxlu suallar var. Bunu strateji olaraq müzakirə etməliyik", - Orban bildirib.
"Əvvəla, biz nədən danışdığımızı bilməliyik. Nə qədər puldan danışırıq. Heç kim hesaba almayıb. Əgər Ukraynanın üzvlüyündən ciddi danışmaq istəyirsənsə, ilk növbədə strateji sənəd lazımdır. Amma bizdə bu barədə nə sənəd, nə də müzakirə var. Biz başa düşməliyik ki, Aİ-nin Ukraynanı inteqrasiya etməsi nə üçün yaxşı olardı. Və bunun kənd təsərrüfatı, təhlükəsizlik, birləşmə fondları üçün hansı nəticələri olacaq. Ukraynanın Aİ-yə üzvlüyü ilə tamamilə yeni kənd təsərrüfatı olacaq. Buna hazırsınızmı? Çoxlu strateji suallar var", - Macarıstanın baş naziri əlavə edib.
Daha əvvəl Orban demişdi ki, o, Macarıstan parlamentində iki il ərzində Ukraynanın Avropa İttifaqına üzvlüyünə səs vermək üçün böyük həvəs görmür. Onun sözlərinə görə, Kiyev Zakarpat macarlarının hüquqlarını təmin edən qanunları qaytarmayana qədər Macarıstan beynəlxalq forumlarda heç bir məsələ ilə bağlı Ukraynanın mövqeyini dəstəkləməyəcək.