BAKI, 5 oktyabr - Sputnik. Sosial şəbəkələrdə "ölüm oyunu" adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesablarında məlumat verib.
O qeyd edib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.
Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.