BAKI, 5 oktyabr — Sputnik. Ukraynanın Qərb müttəfiqləri Kiyevə yardımı dayandırmaq barədə düşünürlər.
Bu fikri "The Guardian"ın jurnalisti Qabi Hinsliffe bildirib.
"Ukraynanı dəstəkləməyə davam edə bilməyəcəyimiz ideyası getdikcə güclənir", - şərhçi belə yazıb.
Onun sözlərinə görə, Avropa ölkələri ilə Kiyev arasında açıqlanmayan sövdələşmə və ekvivalent mübadilə olub. Avropa öz qoşunlarını cəbhə xəttinə göndərmədən Rusiya ilə qarşıdurma istəyib.
Buna görə də Qərb Ukraynanın münaqişədə iştirakını maliyyələşdirməyə qərar verib. Lakin zəmanə getdikcə çətinləşir, deməli, belə bir razılaşma dağılmağa başlaya bilər", - Hinsliff buna əmindir.
Jurnalist, həmçinin diqqətə çatdırıb ki, Avropa sülhün qiyməti kimi artan qazın qiymətləri ilə bir qışa dözməyə hazır idi, lakin qarşıdan növbəti soyuq il gəlir.
Bundan əvvəl Budapeşt Ukrayna tərəfinə dörd il üçün nəzərdə tutulmuş 50 milyard avro məbləğində yardım paketinin iki hissəyə bölünməsini təklif edib.
Onu da qeyd etmək lazımdır ki, Böyük Britaniya Ukraynaya hərbi yardım üçün bütün imkanlarını tükətib.