BAKI, 5 oktyabr — Sputnik. Ermənistandan qovulan 300 min azərbaycanlı Avropa İttifaqının bəşəriyyətə qarşı törədilmiş cinayətlə bağlı qulaqbatırıcı sükutu pozacağını gözləyir.
Bu fikirlər Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov “X” hesabındakı paylaşımında qeyd edib.
Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərində yüzlərlə azərbaycanlı Ermənistandan qovularkən qətlə yetiriliblər:
“Onlar beynəlxalq humanitar hüquqa uyğun olaraq BMT tərəfindən qaçqın icması kimi tanındılar. 30 il ədalətin bərqərar olmasını gözlədikdən sonra Aİ-dən evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaqlarını təmin etmək, pozulan insan hüquqlarını bərpa etmək, mədəni və dini irslərini qoruması üçün Ermənistana təzyiq göstərməsini tələb edirlər".