RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu Rusiya ordusuna cəlb edilən könüllülərin sayını açıqladı

Rusiya müdafiə naziri ehtiyatda olan hissələrdə hərbi qulluqçuların və könüllülərin döyüş hazırlığının təşkili və təmin edilməsi məsələlərinə diqqət çəkib.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinə 38 min könüllü cəlb edilib, onlar həvəsli və döyüş tapşırıqlarını yerinə yetirməyə hazırdırlar. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Şoyqu Birləşmiş Qüvvələr Qrupunun qərargahında qrup komandirlərinin məsuliyyətli ərazilərdə mövcud vəziyyət və gələcək fəaliyyət planları haqqında məruzələrini dinləyib.
Rusiya müdafiə naziri ehtiyatda olan hissələrdə hərbi qulluqçuların və könüllülərin döyüş hazırlığının təşkili və təmin edilməsi məsələlərinə diqqət çəkib.
"Bu müddət ərzində biz 38 min könüllü cəlb etmişik. İnsanlar yüksək motivasiyalı, döyüş tapşırığını yerinə yetirməyə hazır gəlirlər. Bəzilərinin artıq döyüş təcrübəsi var, çünki könüllülərin çoxu 6 aylıq müqaviləni başa vuraraq geri qayıdırlar. Onların arasında ikinci, üçüncü dəfə qayıdanlar da var" - Şoyqu bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.