RUSİYA

Kiyev silah çatışmazlığı və əks-hücumun uğursuzluğu səbəbindən ümidsizliyə qapılıb

Rusiya sanksiyalara baxmayaraq, hərbi istehsalı əhəmiyyətli dərəcədə artırıb və Qərbdən daha çox hərbi məhsul istehsal edə bilər.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Ukrayna hakimiyyəti silah çatışmazlığı və Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuzluğu fonunda çarəsizlik əlamətlərini nümayiş etdirir.
Almaniyanın "Bild" qəzeti bu barədə yazıb.
Materialda Ukrayna hökumətindəki əhval-ruhiyyənin "dəyişkən" olduğundan bəhs edilib. Liderlər bir tərəfdən Qərbin köməyinə görə minnətdarlıq edir, digər tərəfdən isə tədarüklərin sürətindən və əlavə silahların olmamasından ümidsiz olduqlarını bildirirlər.
Nəşrin qeyd etdiyi kimi, Ukraynanın hərbi dəstəyi cəbhə xəttində uğur qazanmağa imkan verəcək səviyyəyə çatmır və nəticədə əks-hücum gözlənildiyi qədər uğurlu alınmır.
Öz növbəsində, Rusiya sanksiyalara baxmayaraq, hərbi istehsalı əhəmiyyətli dərəcədə artırıb və Qərbdən daha çox hərbi məhsul istehsal edə bilər.
"Ukrayna üçün vəziyyət hazırda təhdidedici yox, daha da təhdidedici olub", - ekspertlər belə qərara gəliblər.
Bundan əvvəl Ağ Ev Ukraynaya yardım göstərmək üçün Amerika hökumətində qalan vəsaitin, təxminən iki aya kifayət edəcəyini etiraf edib.