Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan Azərbaycan Ordusunun bölmələrini yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Sputnik
BAKI, 5 oktyabr - Sputnik. Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", - məlumatda qeyd edilib.
02.10.23, 20:01
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də atılıb.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.