BAKI, 5 oktyabr — Sputnik. Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
Bu barədə Dünya Bankının "Regional Economic Outlook" hesabatında bildirilib.
DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2023-cü il üzrə 2,2 %, 2024-cü ildə isə 2,5 % artacağını proqnozlaşdırıb.
Bu isə Dünya Bankının əvvəlki proqnozları ilə müqayisədə müvafiq olaraq 0,6 faiz və 0,1 faiz bənd az deməkdir.
Qeyd edək ki, DB-nin bundan öncəki məlumatında Azərbaycanın 2023-cü il üçün ÜDM-nin artım tempi 2,2% səviyyəsində proqnozlaşdırılmışdı. İyun ayında açıqlanan DB-nin hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5% (yanvar proqnozu 2,6% idi), 2025-ci ildə isə 2,6% təşkil edəcək.