DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell: Aİ ABŞ-ın dayandırdığı yardıma görə Kiyevə kompensasiya verə bilməyəcək

Josep Borrell Avropa Siyasi Birliyinin İspaniyada keçirilən sammitində ABŞ-ın Ukraynaya dəstəyinin yenidən artacağına ümid etdiyini bildirib.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Avropa İttifaqı Vaşinqtonun dayandırdığı yardıma görə Kiyevə kompensasiya verə bilməyəcək.
Bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa Siyasi Birliyinin İspaniyada keçirilən sammitində bildirib.
"Əlbəttə ki, Avropa ABŞ-ı əvəz edə bilməz", -deyə "TASS" diplomatdan sitat gətirib.
Borrell ABŞ-ın Ukraynaya dəstəyinin yenidən artacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, bu yaxınlarda Kiyevdə Aİ xarici işlər nazirlərinin görüşü keçirilib. İclasda Ukraynaya 5 milyard avro məbləğində yardımın ayrılması ilə bağlı razılığın əldə olunacağı gözlənilirdi. Lakin avropalı diplomatlar bu məsələdə razılığa gələ bilməyiblər.