BAKI, 5 oktyabr — Sputnik. Müstəqil olaraq hədəfləri seçib onları məhv edə bilən avtonom silah sistemlərindən istifadə qadağan edilməlidir.
Bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
"RİA Novosti"yə istinadən xəbər verilib ki, BMT-nin baş katibi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Miryana Spolyariçin birgə bəyanatında belə deyilir: "İnsan müdaxiləsi olmadan insanların həyatını öldürmək hüququna və gücünə malik maşınlar beynəlxalq hüquqla qadağan edilməlidir".
Quterreş və Spolyariç xəbərdarlıq ediblər ki, avtonom silahların inkişafı və yayılması müharibələrin aparılması üsulunun dəyişməsinə, dünyada gərginliyin və qeyri-sabitliyin artmasına səbəb ola bilər.
BMT-nin baş katibi və BQXK rəhbəri siyasi liderləri avtonom silah sistemlərinə qadağa qoymağa çağırıblar.
Bundan əvvəl Quterreş yeni nüvə silahlanması yarışını dəlilik adlandırmışdı.