RUSİYA

Zaxarova: Sülhməramlıların Qarabağda qalma müddəti Bakı ilə təmasda müəyyən olunacaq

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinin vaxtı və digər məsələləri həmkarları ilə birgə müəyyən ediləcək.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Azərbaycanla təmasda müəyyən ediləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinin vaxtı və digər məsələləri həmkarları ilə birgə müəyyən ediləcək.
"Əgər siz Qarabağ ərazisi barədə danışırsınızsa, o zaman bu Azərbaycan tərəfi ilə birlikdə hərəkət edilməlidir", - Rusiya XİN rəsmi nümayəndəsi qeyd edib.
Bu yaxınlarda Mariya Zaxarova Rusiya tərəfinin Qarabağın erməni əhalisinə humanitar yardım göstərməyə davam edəcəyini bildirib.
RUSİYA
Rusiya XİN separatçıların həbsinə münasibət bildirib: Onlar Ermənistan vətəndaşlarıdır