RUSİYA

Zaxarova: "Ermənistanda qərarlar ictimai rəy nəzərə alınmadan qəbul edilir"

Ermənistan parlamenti oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Ermənistanda milli əhəmiyyətli qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Təkcə bu gün deyil, həm də xalqın tarixi kontekstində milli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Onlar bu qərarları ictimai rəyi nəzərə almadan, ümumi xalqın fikrini əsaslanmadan qəbul edirlər. Üstəlik, onlar seçkiyə gedəndə dediklərinin hamısına zidd qərarlar verirlər", - diplomat bildirib.
Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub. Erməni müxalifəti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə parlamentində müzakirəsini və ratifikasiyasını konstitusiyaya zidd hesab edir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiyası qəbuledilməzdir və ikitərəfli münasibətlər üçün mənfi nəticələr verəcək.
RUSİYA
Roma Statutunun ratifikasiyası hüquqi suverenliyin itirilməsindir - Kosaçev