RUSİYA

Rusiya XİN ZAES-lə bağlı xəbərdarlıq etdi

Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Moskva Kiyevi və onun sponsorlarını Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafında vəziyyətin sabitliyini pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edir. Bunu TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək üçün Zaporojye vilayətində yeni hücuma hazırlaşması barədə xəbərləri şərh edərkən deyib.
"Biz Kiyevi və onun sponsorlarını bununla bağlı hər hansı sabitliyi pozmaq cəhdlərinə qarşı xəbərdar edirik. Bu, bir eskalasiya addımı olmayacaq, həm də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin dediyi prinsip və tezisləri mahiyyətcə aşacaq bir hərəkət olacaq" - deyə Ryabkov bildirib.
Zaporojye AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.