RUSİYA

Rusiya XİN: Qranada görüşündə iştirakdan imtina Azərbaycanın suveren hüququdur

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtinasını rəsmi Bakının suveren hüququ adlandırıb.
Sputnik
BAKI, 4 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qranada görüşündə iştirakdan imtina etməsinə münasibət bildirib.
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanın Avropa İttifaqı ölkələri və Ermənistanın iştirakı ilə planlaşdırılan görüşdən imtina etməsini rəsmi Bakının suveren hüququ olduğunu söyləyib.
“Azərbaycanın Aİ ölkələri və Ermənistanın iştirakı ilə görüşdən imtinası Azərbaycanın suveren hüququdur”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdə iştirak etməyəcəyi açıqlanıb. Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır.