BAKI, 4 oktyabr — Sputnik. Bu gün Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ankarada türkiyəli həmkarı Mehmet Kamal Bozay ilə məsləhətləşmələr aparacaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatlar beynəlxalq iqtisadi təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə bağlı məsələləri müzakirə edəcəklər.
Türkiyə iyulun 1-dən QDİƏT sədri vəzifəsini icra etməyə başlayıb.
QDİƏT 1992-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılmış Qara dəniz regionunun və Cənubi Balkanların 13 dövlətinin regional iqtisadi birliyidir. Qərargahı İstanbulda yerləşir. Təşkilatın məqsədi üzv dövlətlər arasında çoxtərəfli iqtisadi əməkdaşlıq vasitəsilə Qara dəniz regionunu sülh, sabitlik və firavanlıq bölgəsinə çevirməkdir.