RUSİYA

Peskov: Qarabağla bağlı təmaslar var idi, lakin "Politico"nun təsvir etdiyi kimi deyil

ABŞ, Aİ və Rusiya Federasiyasının rəsmiləri Azərbaycanın Qarabağda anti terror əməliyyatlarına başlamasına iki gün qalmış Türkiyədə görüş keçirərək bölgədəki vəziyyəti müzakir ediblər.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Qarabağda anti terror əməliyyatlarından əvvəl ABŞ, Aİ və Rusiya rəsmilərinin təmasları olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Politico" qəzetinin bununla bağlı məlumatını şərh edərkən bildirib.
"Politico" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ, Aİ və Rusiya Federasiyasının rəsmiləri Azərbaycanın Qarabağda anti terror əməliyyatlarına başlamasına iki gün qalmış Türkiyədə görüş keçirərək bölgədəki vəziyyəti müzakir ediblər.
Peskov qeyd edib ki, hadisələr "Politoco"nun təsvir etdiyi kimi olmayıb: "Bu materialda çoxlu qeyri-dəqiqliklər, səhvlər var".
O əlavə edib ki, təmaslar var, amma qəzet materialında deyildiyi kimi deyil.
2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlayıb və onun məqsədlərindən biri də tanınmamış Qarabağın bütün orqanlarının buraxılması olub. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə atəşkəs haqqında razılıq əldə olunub. Daha sonra Qarabağın erməni icmasının nümayəndələri və rəsmi Bakı arasında regionun Azərbaycana inteqrasiyasına həsr olunmuş danışıqların bir neçə raundu baş tutub. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.