BAKI, 4 oktyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb.
"Sputnik Ermənistan" xəbər verir ki, o, ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu təqdirdə, istefa verə biləcəyini deyib.
"Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq", - Nikol Paşinyan parlamentdə qeyd edib.