AZƏRBAYCAN XƏBƏRLƏRİ

Hacızadə: Fransanın ermənilərin məcburi köçürülməsi ilə bağlı iddiaları ziddiyyətlidir

Ayxan Hacızadə özünün "X" səhifəsində Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iddialarına cavab verib.
Sputnik
BAKI, 4 oktyabr - Sputnik. “Fransanın erməni sakinlərinin məcburi köçürülməsi ilə bağlı iddiaları BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatları ilə ziddiyyət təşkil edir”.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" səhifəsində Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iddialarına cavabında bildirib.
"Fransa azərbaycanlılara qarşı kütləvi deportasiyalar, hərbi cinayətlər və qırğınları heç vaxt diqqətə almayıb", - o deyib.