BAKI, 4 oktyabr — Sputnik. Ermənistanda yanacağın qiyməti qalxıb.
Bu barədə "Aysor" məlumat yayıb.
Bildirilib ki, "Premium" benzin 580 dram (2,30 manat), adi benzin 550 dram (2,18 manat), dizel yanacağı isə 570 dram (2,26 manat) olub. Məlumata görə, maye qazın bir litrinin qiyməti 0170 drama (0,67 manata) çatıb.
İnformasiyaya əsasən, bütün növ yanacaqların qiyməti azı 40-50 dram (0,20 manat) qalxıb.