DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan keçmiş ombudsmanı Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib

Xarici Kəşfiyyat Xidməti kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olacaq, həmçinin hökumət başçısına birbaşa tabe olacaq.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Ermənistanın keçmiş ombudsmanı Kristine Qriqoryan baş nazir Nikol Paşinyanın sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
Ermənistan KİV-ləri yazır ki, bu barədə müvafiq sənəd Ermənistan hökumətinin saytında yerləşdirilib.
"Xarici kəşfiyyat fəaliyyəti və Xarici Kəşfiyyat Xidməti haqqında" qanunun 19-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilsin", - Baş nazir Nikol Paşinyanın imzaladığı sərəncamda qeyd edilib.
Qeyd edək ki, Xarici Kəşfiyyat Xidməti kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olacaq, həmçinin hökumət başçısına birbaşa tabe olacaq.