BAKI, 4 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün baş tutması nəzərdə tutulan İspaniya səfəri təxirə salınıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Buna səbəb olaraq dövlət başçısının səhhətində yaranan problem (soyuqdəymə) göstərilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Qranadada Avropa Siyasi Birliyinin sammitində iştirak etməli idi.